Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da “Debi” fırtınası: ölənlər var

ABŞ-da “Debi” fırtınası: ölənlər var

Tarix: 8 Avqust 2024 22:44

Meksika körfəzində yaranan "Debi" tropik fırtınası nəticəsində ölənləri sayı 7-yə çatıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, onlardan 6-sı avtomobil qəzası və üzərinə ağac düşməsi nəticəsində həyatını itirib. Fırtına ilk olaraq avqustun 5-də zəif kateqoriyalı qasırğaya çevrilərək Florida ştatı sahillərindən quruya çıxıb. Növbəti gün küləyin sürəti saatda 80 kilometrə kimi yüksəlib. Qasırğanın əsas təsirləri Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarında hiss olunub.

Hazırda Şimali Karolina, Virciniya və Merilənd ştatlarında güclü küləyin və yağışın davam edəcəyi bildirilir. Hər üç ştat fövqəladə şəraitə hazırlıqlı vəziyyətə gətirilib.


Etiketlər:  ABŞ Debi fırtınası ölənlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ