Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Banqladeşdə gərginlik: Hindistan təşvişə düşdü...

Banqladeşdə gərginlik: Hindistan təşvişə düşdü...

Tarix: 9 Avqust 2024 18:42

Hindistan hökuməti Banqladeşlə sərhəddə yaşayan vətəndaşlarının təhlükəsizliyini təmin etmək və oradakı vəziyyətə nəzarət etmək üçün komitə yaradıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Amit Şah məlumat yayıb.

Onun sözlərinə görə, komitəyə Şərq Komandanlığının Sərhəd Təhlükəsizliyi Qüvvələri rəhbərlik edəcək.

"Hindistan vətəndaşlarının, etnik hindlilərin və orada yaşayan digər azlıqların təhlükəsizliyini təmin etmək üçün Banqladeşdəki səlahiyyətlilərlə əlaqə imkanları saxlayacaq", - Şah əlavə edib.

Xatırladaq ki, avqustun 5-də tələbələrin hökumət əleyhinə kütləvi etirazları fonunda Banqladeşin Baş naziri Şeyx Hasina istefa verərək, ölkəni tərk edib. Onun gedişindən sonra iğtişaş ölkəni bürüyüb. Dehli iğtişaşlardan sonra Banqladeşlə 445 kilometr sərhədi olan Meqalaya əyalətində komendant saatı tətbiq edib. Hindistan sərhəd qoşunları yüksək döyüş hazırlığına keçib.


Etiketlər:  Banqladeşdə gərginlik Hindistan təşvişə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ