Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artdı

Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artdı

Tarix: 14 Avqust 2024 14:00

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,3% artaraq 22 milyard 584,9 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövründə bu rəqəm 18 milyard 766,6 milyon manata bərabər olub.

Sonxeber.net Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında büdcənin xərcləri isə 10,4% artaraq 19 milyard 458,4 milyon manata yüksəlib. 2023-cü ilin ilk 7 ayında büdcə xərcləri 17 milyard 620,5 milyon manat təşkil edib.

Bu ilin ilk 7 ayında dövlət büdcəsinin profisiti 2 milyard 790.8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən çoxdur. 2023-cü ilin eyni dövründə bu rəqəm 1 milyard 146,1 milyon manat təşkil edib.


Etiketlər:  Dövlət büdcəsinin profisiti dəfəyə yaxın artdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ