Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Gənc nəslimizlə fəxr edə bilərik

Prezident: Gənc nəslimizlə fəxr edə bilərik

Tarix: 14 Avqust 2024 14:57

Tam əminəm ki, həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq və bunu arzulayıram.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki,  bu barədə Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən bildirib.

"Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik", - deyə dövlətimizin başçısı vurğulayıb.


Etiketlər:  Prezident Gənc nəslimizlə fəxr edə bilərik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ