Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2019 10:24
Bakı. Trend:
Gələn ilin yanvar ayından etibarən paytaxtın uşaq bağçalarına qəbul elektron qaydada həyata keçiriləcək.
Trend-in məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətində keçirilən geniş tərkibli seminar-müşavirədə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.
O, bildirib ki, bağçalara elektron qəbula keçidlə bağlı hazırlıq işləri başa çatmaq üzrədir və gələn ilin əvvəlindən pilot layihə olaraq Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanılacaq, sonradan isə mərhələli şəkildə digər rayonlar da yaradılan elektron sistemə qoşulacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin