Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Özümü 19 yaşlı qız kimi hiss edirəm”

“Özümü 19 yaşlı qız kimi hiss edirəm”

Tarix: 15 Avqust 2024 15:30

 Bu gün Azərbaycanın Xalq artisti, sevimli aktrisa Afaq Bəşirqızının 69 yaşı tamam olur.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, "Afaq xanım, özünüzü 69 yaşında hiss edirsinizmi?" sualına özünəxas yumorla cavab verdi.

"Yox, özümü 19 yaşlı qız kimi hiss edirəm. Diqqətiniz üçün təşəkkür edirəm, xalqın sevgisini hiss etmək gözəldir", - deyə o bildirib.

Bəs aktrisa özündən sonra səhnədə ikinci Afaq olaraq kimi görür, diqqətini çəkən istedadlı aktrisalar varmı?

"İstedadlı aktrisalar çoxdur. Kiməsə ikinci Afaq demək mənə yaraşmaz, bu özündən müştəbehlik olardı",- deyə aktrisa vurğulayıb.


Etiketlər:  Özümü yaşlı qız kimi hiss edirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ