Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2024 18:00
Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov 302 milyon rubl (təxminən 5,7 milyon manat) vergi borcunu bağlayıb.
Sonxeber.net olay-a istinadən bildirir ki, bu haqda Mash teleqram kanalı məlumat yayıb.
Daha əvvəl Rusiya Federal Vergi Xidmətinin mətbuat xidməti Match TV-yə Nurməhəmmədovun vergiləri ödəməməsi ilə bağlı borcu olduğunu bildirmişdi. Daha sonra məlumat ortaya çıxdı ki, Federal Məhkəmə İcraçıları Xidməti idmançıdan 79 milyon rubl (təxminən 1,4 milyon manat) geri ala bilər.
Qeyd edək ki, avqustun 6-da Nurməhəmmədovun əmlakına məhkəmə icraçıları tərəfindən həbs qoyulub. Nurməhəmmədovla əlaqəli "Eagle FC" reklam şirkəti və idmançının xeyriyyə fondunun hesabları da bloklanıb.
Xatırladaq ki, Həbib Nurməhəmmədov 2020-ci ilin payızında UFC 254-də amerikalı Castin Getjini məğlub etdikdən sonra təqaüdə çıxıb. Həbib cəmi 29 döyüş keçirib və heç bir məğlubiyyət almayıb.