Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2024 06:16
İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah cari mövsümün sonu komandanı tərk edəcək.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, tərəflər arasında müqavilə müddəti uzadılmayacaq.
Misirli futbolçunun hazırkı sözləşməsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. O, bu müddət ərzində 350 matçda 212 qol vurub.