Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bakını və insanlarını sevdim'' - Doktor Alban

''Bakını və insanlarını sevdim'' - Doktor Alban

Tarix: 21 Avqust 2024 21:20

Ötən ay Bakıda keçirilən "Dream Fest" beynəlxalq musiqi festivalında iştirak edən Nigeriya əsilli məşhur isveçli müğənni Doktor Alban (Alban Uzoma Nvapa) Azərbaycan haqda təəssüratlarını bölüşüb.

Milli.Az xəbər verir ki, AZƏRTAC-a müsahibə verən sənətçi Bakını çox sevdiyini bildirib:

"Bakı çox gözəl şəhərdir. Strukturlaşdırılmış və sakitdir. Tamaşaçılar isə fantastikdir. Mən bu şəhəri və onun insanlarını sevdim. Bakıda bəyənmədiyim heç nə yoxdur".

İfaçı yerli mətbəximizdən də danışıb:

"Yeməklərin Asiya və ərəb mətbəxi ilə ortaq cəhətləri var. Çoxlu qızardılmış ət yedim. Ləzzətli idi".

Alban Azərbaycanı sevdiyini və Bakıda solo konsert vermək istədiyini də bildirib.

Milli.Az


Etiketlər:  Bakını insanlarını sevdim Doktor Alban


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ