Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2024 22:20
Peru millisinin futbolçusu Kristian Kueva liftdə keçmiş arvadına hücum etdikdən sonra qalmaqala səbəb olub.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, hadisənin tamamını CCTV kameralarından biri lentə alıb.
Kristian Kueva Peru millisinin tarixinin ən görkəmli oyunçularından biridir. Təcrübəli futbolçu millidə 100-ə yaxın oyun keçirib, 16 qol vurub.
Keçmişdə o, "Santos", "San-Paulo", "Krasnodar", "Malatyaspor", "Alyans Lima" və "Əl-Fateh" kimi klubların oyunçusu olub. Kueva artıq altı aydır ki, klubsuzdur.
32 yaşlı forvard bu dəfə qalmaqallı hadisə sayəsində məşhurlaşıb. İnternetdə liftin yanında yerləşən kameradan çəkilmiş görüntü peyda olub. Kişinin qadına təcavüz etməsi göstərilir.
Zərərçəkən dərhal qışqırmağa başlayıb, buna yoldan keçənlərdən biri reaksiya verib. Yoldan keçəni görən hadisənin günahkarı liftdən düşüb, daha sonra oradan uzaqlaşıb.
Peru mətbuatı xəbər verir ki, qadına hücum edən kişi Kueva olub. Hadisədən sonra futbolçunun keçmiş həyat yoldaşı müvafiq xidmətlərə məlumat verib.
"13 il münasibətdə olduq və bu 13 il ərzində zorakılığa məruz qaldım. Bəzən bu terror zamanı uşaqlarımız da iştirak edirdi. Bu məni ən çox ağrıdır. Bəzən çox ciddi hadisələr baş verirdi. Həyatım üçün qorxurdum", - Pamela Lopes bildirib.
Lakin hazırda Kuevanın hansı nəticələrlə üzləşəcəyi məlum deyil. Peru mənbələri futbolçunu bir neçə il həbs cəzası gözlədiyini bildirir.