Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arizonada Trampı öldürməklə hədələyən şəxs saxlanıldı

Arizonada Trampı öldürməklə hədələyən şəxs saxlanıldı

Tarix: 23 Avqust 2024 09:16

Arizona polisi cümə axşamı ABŞ-ın keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı öldürməklə hədələyən şəxsi saxlayıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, həmin şəxsin insidentsiz olaraq Koçis bölgəsində saxlanıldığı haqda şerifin ofisindən məlumat verilib.

66 yaşlı Ronald Li Sivrud cümə axşamı yerli vaxtla saat 14:30-da saxlanılıb. Ona qarşı hələ ki, heç bir ittiham irəli sürülməyib.

CNN-in yerli polis nümayəndəsinə istinadən yaydığı məlumata görə son bir neçə həftə ərzində Sivrud sosial şəbəkələrdə Trampı öldürməklə hədələdiyi bir neçə mesaj dərc edib.

Trampın cümə axşamı Koçisə gəldiyi bildirilir. Tramp oradakı tərəfdarları qarşısında miqrasiya böhranı ilə bağlı çıxış edib.


Etiketlər:  Arizonada Trampı öldürməklə hədələyən şəxs saxlanıldı


RƏYLƏR