Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''BYD'' Honda və Nissanı geridə qoydu

''BYD'' Honda və Nissanı geridə qoydu

Tarix: 23 Avqust 2024 17:12

Çinin aparıcı elektromobil istehsalçısı BYD şirkəti "Honda" və "Nissan"ı qabaqlayıb.

Çinin aparıcı elektromobil istehsalçısı BYD (Build Your Dreams) şirkəti 2024-cü ilin ikinci rübündə qlobal satış həcminə görə Yaponiyanın "Honda Motor" və "Nissan Motor" korporasiyalarını geridə qoyub və dünya sıralamasında yeddinci yerdə qərarlaşıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Yaponiyanın nüfuzlu iqtisadi qəzeti "Nikkei" sözügedən göstərici üzrə şirkət ötən ilin eyni dövrü ilə müqayisədə satışlarını 40 faiz artırdıöını bildirib.

Eyni zamanda, reytinqdə ilk beş yerdə qərarlaşan şirkətlərin qlobal satışlarında azalma müşahidə edilib.

Belə ki, siyahıda birinci olan Yaponiyanın "Toyota Motor" şirkəti üçün ötən ilin ikinci rübü ilə müqayisədə satış dörd faizə qədər azalıb. İkinci yerdə olan "Volkswagen"də həmin göstərici dörd, Cənubi Koreyanın "Hyundai-KIA" şirkətində isə bir faiz azalıb.


Etiketlər:  Honda Nissanı geridə qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ