Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mirzoyan Araqçı ilə telefonla danışdı

Mirzoyan Araqçı ilə telefonla danışdı

Tarix: 23 Avqust 2024 21:04

Ermənistan və İranın XİN rəhbərləri Ararat Mirzoyanla Seyid Abbas Araqçı arasında telefon danışığı baş tutub.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in Mətbuat xidməti yayıb. 

Tərəflər söhbət zamanı iki ölkə arasındakı münasibətlərdə gündəlikdə olan məsələləri müzakirə edib.

Xatırladaq ki, avqustun 18-də İran parlamenti Araqçını xarici işlər naziri olaraq təsdiq edib. O, İranda prezident seçkilərindən sonra yeni Nazirlər Kabinetinin tərkibinə daxil olub. Bu təyinatdan əvvəl XİN rəhbərinin müavini olub, 2015-ci ildə Qərb ölkələri ilə nüvə sazişinin bağlanmasında əhəmiyyətli rol oynayıb.


Etiketlər:  Mirzoyan Araqçı ilə telefonla danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ