Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Klubsuz qalan ən bahalı futbolçular - Siyahı

Klubsuz qalan ən bahalı futbolçular - Siyahı

Tarix: 23 Avqust 2024 21:12

Hazırda azad agent statusu daşıyan ən bahalı futbolçuların adları açıqlanıb.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, siyahıya 35 milyon avro transfer qiyməti olan yarımmüdafiəçi Adriyen Rabio başçılıq edir. 

O, 2019-2024-cü illərdə formasını geyindiyi İtaliyanın "Yuventus" komandasından ayrıldıqdan sonra klubsuzdur.

Bu yay İspaniya təmsilçisi "Atletiko"nu tərk edən Mario Hermoso (25 milyon avro) ikinci, Fransanın "Lill" kollektivində çıxış etmiş Türkiyə millisinin üzvü Yusuf Yazıcı (10 milyon avro) isə üçüncü pillədə qərarlaşıb.

Azad agent statusu daşıyan ən bahalı 10 futbolçu:

Adriyen Rabio (son klubu "Yuventus", İtaliya) - 35 milyon avro

Mario Hermoso (son klubu "Atletiko", İspaniya) - 25 milyon avro

Yusuf Yazıcı (son klubu "Lill", Fransa) - 10 milyon avro

Antoni Marsyal (son klubu "Mançester Yunayted", İngiltərə) - 10 milyon avro

Memfis Depay (son klubu "Atletiko", İspaniya) - 10 milyon avro

Andre Qomeş (son klubu "Everton", İngiltərə) - 10 milyon avro

Joel Matip (son klubu "Liverpul", İngiltərə) - 8 milyon avro

Vissam Ben Yedder (son klubu "Monako", Fransa) - 8 milyon avro

Maykl Riçard Oliveyra (son klubu "Əl-Hilal", Səudiyyə Ərəbistanı) - 7 milyon avro

Aleksey Mirançuk (son klubu "Lokomotiv", Rusiya) - 6 milyon avro

Qeyd edək ki, Dele Alli, Xames Rodrigez, Mats Hammels də 5 milyon avro transfer qiyməti ilə ən bahalı azad agentlər siyahısında yer alıblar.


Etiketlər:  Klubsuz qalan bahalı futbolçular Siyahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ