Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kamandan oxatma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirildi - FOTO

Kamandan oxatma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirildi - FOTO

Tarix: 24 Avqust 2024 12:00

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev, federasiya rəsmiləri və media nümayəndələri iştirak ediblər.

Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, federasiya ilk yarışa xüsusi hazırlaşıb: "Təşkilat Komitəsi, könüllülər və sair hər şey yüksək səviyyədədir. Son illərdə bu idman növündə imkişaf var. İlin ən böyük idman tədbiri Olimpiada idi. İlk dəfə olaraq biz 15 idman növündə təmsil olunurduq. Kamandan oxatmada bizi Yaylagül Ramazanova təmsil etdi. O, Paris-2024 Yay Olimpiya Oyunlarında böyük maraq doğurmuşdu. İnanıram ki, Ramazanovanın arxasınca digər idmançılarımız da gələcəklər".

Federasiyanın prezidenti Anar Quliyev qədim idman növü olan kamandan oxtamanı yaşadan idmançılara təşəkkür edib: "Bu il Gənclər və İdman Nazirliyinin 30 illiyidir. Bu çempionatın keçirilməsinin xüsusi əhəmiyyəti var. Olimpiya Oyunları da Azərbaycanın uğuru ilə nəticələnib. Bizi yarışda Yaylagül Ramazanova təmsil edirdi. Fürsətdən istifadə edərək ona gələcək fəaliyyətində və həyatında uğurlar arzu edirəm. Bu gün açılış mərasimi olan çempionata 55 idmançı qatılıb. Bu idman növü kifayət qədər qədim tarixə malikdir. İldən-ilə kamandan oxatmaya maraq artır. Burada həm yeniyetmələr, həm də böyüklər iştiak edəcəklər".

Rəsmi çıxışlardan sonra dövlət himni səsləndirilib. Daha sonra yarış açıq elan edilib.

Qeyd edək ki, 50-dən çox peşəkar idmançının mübarizə aparacağı yarış avqustun 25-dək davam edəcək.

Milli.Az


Etiketlər:  Kamandan oxatma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ