Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvada kişi ana və uşağı pəncərədən atdı

Moskvada kişi ana və uşağı pəncərədən atdı

Tarix: 25 Avqust 2024 12:50

Rusiyanın paytaxtında kişi qadın və uşağı evin pəncərəsindən atıb, hər ikisi ölüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, TASS-a Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, meyitlərin tapılması ilə bağlı cinayət işi açılıb.

"Moskvanın cənub-şərqində baş verən insidentlə bağlı cinayət işi açılıb. İstintaqın məlumatına görə, avqustun 25-də Moskvanın Krasnokazarmennaya küçəsində yerləşən yaşayış binasının yaxınlığında hündürlükdən yıxılmağa xas xəsarətlər olan qadın və uşaq meyitləri aşkar edilib. Hazırda paytaxtın İstintaq Komitəsinin müstəntiqləri hadisə yerində işləyir", - məlumatda deyilir.

Hüquq-mühafizə orqanları bildirib ki, qadını və azyaşlı uşağı mənzilin pəncərəsindən atdığı iddia edilən şəxs əşyaları yerə atmaqda davam edir. "Fövqəladə vəziyyətin baş verdiyi mənzilə hələ də daxil olmaq mümkün olmayıb", - deyə agentliyin həmsöhbəti bildirib. Ehtimal olunur ki, kişi qeyri-adekvat vəziyyətdədir.


Etiketlər:  Moskvada kişi uşağı pəncərədən atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ