Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kriştianu Ronaldu karyerasını bitirəcəyi komandanın adını açıqlayıb

Kriştianu Ronaldu karyerasını bitirəcəyi komandanın adını açıqlayıb

Tarix: 28 Avqust 2024 00:58

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, hazırkı klubunda özünü xoşbəxt hiss etdiyini, Səudiyyə Ərəbistanı çempionatından zövq aldığını və karyerasını məhz burada "Ən-Nəsr"də bitirmək istədiyini açıqlayıb.

Ancaq hücumçu bunu 2-3 ildən sonra etmək fikrində olduğunu deyib. Həmçinin o, karyerasını bitirdikdən sonra məşqçilik etmək niyyətində olmadığını da söyləyib.

Qeyd edək ki, 39 yaşlı futbolçunun "Ən-Nəsr"lə müqaviləsinin müddəti 2025-ci ilə qədərdir. O, yeni mövsümdə meydana çıxdığı 3 oyunda 3 qol vurub və bir məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Kriştianu Ronaldu karyerasını bitirəcəyi komandanın adını açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ