Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın Avropa Liqasında düşdüyü səbət bəlli oldu

''Qarabağ''ın Avropa Liqasında düşdüyü səbət bəlli oldu

Tarix: 29 Avqust 2024 11:28

Çempionlar Liqasında mübarizəni dayandıran "Qarabağ", UEFA Avropa Liqasının Liqa mərhələsində mübarizəsinə davam edəcək.

Sonxeber.net Offsideplus.az-a istinadən bildirir ki, Azərbaycan təmsilçisi bu mərhələdə 3-cü səbətdə yer alacaq.

Yarışda iştirak edəcək klubların səbətləri aşağıdakı kimi müəyyənləşib: Birinci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Tottenhem" (hər ikisi İngiltərə), "Ayntraxt" (Almaniya), "Portu" (Portuqaliya), "Reyncers" (Şotlandiya), "Slaviya" (Çexiya).

Birinci və ya ikinci səbətdə: "Real Sosyedad" (İspaniya).

İkinci səbət: AZ (Alkmaar, Niderland), "Lion" (Fransa), "Fənərbağça" (Türkiyə), "Olimpiakos" (Yunanıstan).

İkinci və ya üçüncü səbət: "Qarabağ" (Azərbaycan), "Qalatasaray" (Türkiyə), "Budyo Qlimt" (Norveç), "Yunion" (Belçika), "Dinamo" (Kiyev, Ukrayna).

Üçüncü və ya dördüncü səbət: "Midtyullann" (Danimarka), "Malmö" (İsveç), "Atletik" (Bilbao, İspaniya), "Hoffenhaym" (Almaniya), "Nitsa" (Fransa), "Tvente" (Niderland).

Qeyd edək ki, Avropa Liqasının püşkatma mərasimi avqustun 30-da baş tutacaq.

"Qarabağ" bu mərhələdə öz səbətindən və digər səbətlərdən iki komanda ilə qarşılaşacaq. Komandalar ümumilikdə 8 oyun keçirəcək (4 ev, 4 səfər).

Sonda 36 komanda arasından ilk 8 yeri tutanlar birbaşa 1/8 finala yüksələcək, 9-24-cü yerləri tutanlar isə pley-off mərhələsində mübarizəyə qoşulacaq.


Etiketlər:  Qarabağın Avropa Liqasında düşdüyü səbət bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ