Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Harris İsrail-Fələstin münaqişəsinin bitməli olduğunu deyib

Harris İsrail-Fələstin münaqişəsinin bitməli olduğunu deyib

Tarix: 30 Avqust 2024 07:06

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Fələstin-İsrail münaqişəsindən danışarkən müharibənin bitməli olduğunu deyib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Harris bunu cümə axşamı CNN telekanalına müsahibəsi zamanı deyib.

"Biz atəşkəs və Qəzza zolağında girovların azad edilməsi haqqında razılığa gəlməliyik. Bu müharibə başa çatmalıdır", - deyə o bildirib.

Harris həmçinin bildirib ki, o, İsrail-Fələstin münaqişəsinin həlli üçün münaqişənin iki dövlətli həll prinsipinə sadiqdir.


Etiketlər:  Harris İsrail Fələstin münaqişəsinin bitməli olduğunu deyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ