Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2024 13:24
13:22
Kamçatkada helikopterin qəzaya uğradığı yerdə 17 nəfərin meyiti tapılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, göyərtəsində 22 nəfər olan Mi-8 helikopteri avqustun 31-də Kamçatkada Vaçkajets vulkanı yaxınlığında radarlardan itib.
Məlumata görə, helikopterdə 3 ekipaj üzvü, 19 turist olub.
----------------
2024.08.31
Rusiyanın Kamçatka diyarında göyərtəsində 3 ekipaj üzvü olan "Mi-8" helikopteri yoxa çıxıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə əməliyyat xidmətləri məlumat yayıb.
"Mi-8" helikopteri Vaçkajets vulkanı - Nikolayevka kəndi marşrutu ilə hərəkət edib və təyin olunmuş vaxtda təyinat yerinə enməyib, ekipaj ilə əlaqə qurmaq mümkün deyil.
Kamçatkada yoxa çıxan "Mi-8T" helikopterinin göyərtəsində 22 nəfər ola bilər.
Bu barədə "İnterfaks" Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidmətinə istinadən məlumat yayıb.
"İlkin məlumata görə, helikopterin göyərtəsində 22 nəfər olub: 3 ekipaj üzvü və 19 sərnişin", - məlumatda deyilir.
Qurumun məlumatına görə, helikopter Vaçkajets vulkanı ərazisindəki ərazidən Nikolayevkaya (Yelizovo hava limanından 17 km cənub-qərbdə yerləşir) uçurdu, lakin təyin olunmuş vaxtda (Moskva vaxtı ilə təxminən saat 07:15) helikopter ekipajı əlaqəyə çıxmayıb.
"Axtarışlar üçün digər "Mi-8" helikopteri havaya qaldırılıb", - Rosaviasiyadan əlavə edilib.
İnsidenti ilə əlaqədar Kamçatka Nəqliyyat Prokurorluğu uçuşların təhlükəsizliyi sahəsində qanunvericiliyə əməl olunub-olunmaması ilə bağlı yoxlama aparır.