Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə 18 ölkə və Azərbaycanın İnterpolla axtarışa verdiyi 25 şübhəli saxlanıldı

Türkiyədə 18 ölkə və Azərbaycanın İnterpolla axtarışa verdiyi 25 şübhəli saxlanıldı

Tarix: 31 Avqust 2024 13:56

Türkiyənin səkkiz bölgəsində təşkil edilən "Kuyu-21" əməliyyatlarında İnterpolun qırmızı bülleteni ilə 18 ölkə tərəfindən axtarışda olan 25 şübhəli ələ keçib.

Sonxeber.net bildirir ki, Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat verib.

Məlumata görə, əməliyyat çərçivəsində Almaniya, Avstraliya, Azərbaycan, Mərakeş, Niderland, İraq, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Monqolustan, Moldova, Özbəkistan, Rusiya, Suriya, Türkmənistan və İordaniya daxil olmaqla, 18 ölkədən İnterpol tərəfindən axtarışda olan 25 nəfər saxlanılıb.

Nazirin sözlərinə görə, saxlanılanlar "Cinayət törətmək məqsədilə təşkilat yaratmaq və ya ona üzv olmaq", "Narkotik ticarəti", "Qəsdən adamöldürmə", "Bir şəxsi azadlığından məhrumetmə", "Cinsi cinayətlər", "Rəsmi sənədlərin saxtalaşdırılması", "Fırıldaqçılıq", "Çirkli pulların yuyulması", "İnsan alveri və mühacir qaçaqmalçılığı" cinayətləri ilə axtarışda olublar.


Etiketlər:  Türkiyədə ölkə Azərbaycanın İnterpolla axtarışa verdiyi şübhəli saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ