Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2024 15:50
"Ötən gün sosial şəbəkələr və mətbuat mənim göz rəngimi dəyişməyimdən yazdı. Mən bunu normal qarşılayıram və əslində belə də olmalı idi".
Sonxeber.net olay-a istinadən bildirir ki, bu sözləri bir neçə gün əvvəl "FLAAK" əməliyyatı ilə qəhvəyi göz rəngini mavi rənglə dəyişən aparıcı Mətanət Əliverdiyeva sosial şəbəkə hesabında yaydığı videoaçıqlamada deyib.
Mətanət gözlərinin rəngini dəyişməsindən xoş hal olduğunu dilə gətirib:
"Vücüdumda əməliyyat etməyən insanam. Yəni dəyişikliklər etmərəm və əməliyyatlara getmərəm. Amma "FLAAK" əməliyyatı elə bir şeydir ki, çox risklidir. Göz rənginin dəyişməsi əməliyyatına qəti şəkildə qərar verdim. Çünki hər zaman linzalardan istifadə edirdim. Bu dəfə isə dedim ki, linzalara son. Gözümün rəngi kimi həyatımda dəyişdi".