Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail hərbçiləri 3 polisi öldürən radikalı zərərsizləşdirdi

İsrail hərbçiləri 3 polisi öldürən radikalı zərərsizləşdirdi

Tarix: 2 Sentyabr 2024 00:32

İsrail hərbçiləri bu səhər İordan çayının qərb sahilinin Xevron şəhəri yaxınlığında üç İsrail polisinin öldürüldüyü avtomobilə hücumda iştirak edən fələstinli radikalı zərərsizləşdirib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail hərbçiləri Xevronda reyd keçirib, orada şübhəlinin yerləşdiyi evi mühasirəyə alıb, sonra isə atışma zamanı onu məhv ediblər. Axtarış zamanı onun üzərindən "M-16" markalı tüfəng aşkar edilib.

"Öldürülən şəxs Xevron yaxınlığında yerləşən Fələstinin İdna kəndindən olan 31 yaşlı Məhəmməd əl-Asud olub. O, FƏTH hərəkatı ilə əlaqəli olub və əvvəllər Fələstin Prezident Qvardiyasında və Fələstin təhlükəsizlik xidmətlərində çalışıb", - məlumatda diqqətə çatdırılıb.


Etiketlər:  İsrail hərbçiləri polisi öldürən radikalı zərərsizləşdirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ