Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2024 13:21
Kəsmik kalsium mənbəyi olan çox sağlam məhsuldur. Bundan əlavə, bu qida çoxlu vitamin və mineral ehtiva edir.
Bəs, kəsmiyi hər gün yemək mümkündürmü?
Sonxeber.net lent.az-a istinadən bildirir ki, böyüklər gündə 200 qramdan çox olmayan, uşaqlar isə gündəlik 60-100 qramdan çox olmayan kəsmik yeyə bilər. Gündəlik istifadə üçün az yağlı kəsmik seçməlisiniz.
Amma müəyyən xəstəliklər zamanı fermentləşdirilmiş süd məhsulları pəhrizdən xaric edilməlidir. Buna görə əvvəlcə həkiminizlə məsləhətləşməlisiniz.
Kəsmiyin orta dərəcədə istehlakı qan damarlarını gücləndirməyə kömək edir. Fermentasiya edilmiş süd məhsulu triptofan mənbəyidir.