Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2024 14:20
Rejissor Aqil M.Quliyev ilk dəfə illər əvvəl lentə aldığı və mərhum Xalq artisti Amaliya Pənahovanın çəkildiyi sonuncu film olan "Şaman"ın aqibətindən danışıb.
Sonxeber.net bildirir ki, bu haqda axşam.az-a açıqlama verən rejissor filmin təqdimatının gecikmə səbəbindən danışıb:
"Tamaşaçı indi başa düşür ki, Turan, qədim türk fəlsəfəsi, mifologiyası nədir. Son 2-3 ildir ki, auditoriyamızda buna maraq yaranıb və məlumat əldə edilib. 13 il əvvəl bunu edəndə hər bir aktyora sıfırdan qədim türk mifologiyasının qəhrəmanları kimdir izah etdim. Məhsulu gərək o zaman çıxarasan ki, bazar ona hazırdır. Filmin montaj və səsləndirməsi qalıb. Orada bir çox mərhum Xalq artistimizin gözəl obrazları var".
A.M.Quliyev bildirib ki, film gələn il işıq üzü görəcək.