Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2024 14:38
Türkiyənin Diyarbəkir şəhərində itkin düşən 8 yaşlı Narin Gürandan 13 gündür xəbər yoxdur.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, istintaq çərçivəsində Narinin qardaşından sonra əmisi də saxlanılıb.
Azyaşlının əmisi, həm də Tavşantəpə kəndinin muxtarı olan Sami Güranın dindirilməsi başa çatıb. O, həbs tələbi ilə məhkəməyə göndərilib.
Bildirilir ki, əmiyə hadisə günü telefonunun niyə 1 saat söndürüldüyü, kəndi niyə tez tərk etdiyi və onun maşınında aşkarlanan Narinin DNT nümunələri ilə bağlı suallar verilib.
İstintaq çərçivəsində prokurorluğun qərarı ilə telefonu müsadirə edilən S. Güranın sosial şəbəkə hesabları, son zəng qeydləri və mesajları da araşdırılıb.
Kibercinayətlərə Qarşı Mübarizə qrupları tərəfindən aparılan araşdırmada onun telefonundan bəzi telefon nömrələrini və yazışmaları sildiyi müəyyən edilib.
Qeyd edək ki, hadisə avqustun 21-i Diyarbəkirin Bağlar rayonunun Tavşantəpə kəndində baş verib.