Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daşqınlar 185 nəfərin həyatına son qoydu

Daşqınlar 185 nəfərin həyatına son qoydu

Tarix: 2 Sentyabr 2024 20:08

Nigeriyada aramsız yağan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 185 nəfər ölüb, 208 mindən çox insan məcburi köçkünə çevrilib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "maliactu" portalı məlumat yayıb.

Portal qeyd edib ki, Afrikanın ən böyük ölkəsi misli görünməmiş humanitar böhranla üzləşib. Nigeriyanın şimal bölgələrinə digərlərindən daha çox ziyan dəyib. Ciqava ştatında 37 nəfər ölüb.

Ümumilikdə ölkə üzrə 107 min hektar əkin sahəsi məhv olub ki, bu da Nigeriya əhalisinin əksəriyyətinin ərzaq təhlükəsizliyinə təhdid yaradır.

Nigeriya hökuməti yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib.


Etiketlər:  Daşqınlar nəfərin həyatına qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ