Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada 3 nazir və fond rəhbəri istefa verdi

Ukraynada 3 nazir və fond rəhbəri  istefa verdi

Tarix: 3 Sentyabr 2024 19:48

Ukraynada 3 nazir və fond rəhbəri istefa ərizəsi yazıb.

Sonxeber.net bildirir ki, "Report" bu barədə "RBC-Ukraine"ya istinadən xəbər verir.

Belə ki, strateji sahələr üzrə naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ekologiya nazirliyinin rəhbəri Ruslan Strelets, Dövlət Əmlakı Fondunun rəhbəri Vitali Koval Ali Radaya istefa ərizəsi təqdim ediblər.

Bütün müraciətlərə növbəti plenar iclaslardan birində baxılacaq.

Qeyd edək ki, 2020-ci il martın 4-də Ali Rada Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib, Denis Malyuska Ukraynanın ədliyyə naziri təyin edilib.

Ruslan Strelets 14 aprel 2022-ci ildə ekologiya və təbii sərvətlər naziri vəzifəsini daşıyır.

Aleksandr Kamışin isə 2023-cü il martın 21-də Ukraynanın strateji sənaye naziri təyin olunub. O, həm də Prezident Volodimir Zelenskinin müşaviri vəzifəsini tutur.

Vitali Koval isə Dövlət Əmlak Fondunun rəhbəri kimi 2023-cü il noyabrın 21-dən çalışır.


Etiketlər:  Ukraynada nazir fond rəhbəri istefa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ