Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

London öz deqradasiyasından qorxmalıdır - Zaxarova

London öz deqradasiyasından qorxmalıdır - Zaxarova

Tarix: 4 Sentyabr 2024 06:20

London BRİKS-in genişlənməsindən yox, öz deqradasiyasından qorxmalıdır.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında krallığın keçmiş baş naziri Qordon Braunun BRİKS-lə bağlı bəyanatına münasibət bildirərək yazıb.

Onun sözlərinə görə, BRİKS-ə üzv ölkələrin sayının iki dəfə artırılması dünya birliyinin neokolonial əsarətdən qurturmaq, öz milli maraqlarına uyğun inkişaf etmək, sivilizasiya ənənələrini qorumaq və Qərb liberal diktaturasının dağıdıcı təsirinin qarşısını almaq əzminindən xəbər verir:

"Təhlükəyə gəlincə, ilk növbədə London Britaniyada liberal tənəzzül nəticəsində yaranmış texnoloji deqradasiyadan ehtiyatlanmalıdır".


Etiketlər:  London deqradasiyasından qorxmalıdır Zaxarova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ