Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2024 06:58
ABŞ Məxfi Xidməti təhlükəsizlik baxımından ABŞ prezidenti Cozef Baydenə böyük izdihamlı insanlara yaxınlaşmağı qadağan edib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət başçısı Ağ Evin ərazisində jurnalistlərə bildirib.
Xüsusilə dövlətin yüksək vəzifəli şəxslərini, prezidentliyə namizədləri və keçmiş liderləri qoruyan Gizli Xidmətin bu qərarının səbəbləri ilə bağlı sualı cavablandıran Bayden vurğulayıb: "Çünki bunun çox təhlükəli olduğunu söylədilər".