Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan paralimpiyaçıları Vətənə qayıdıb - FOTOlar

Azərbaycan paralimpiyaçıları Vətənə qayıdıb - FOTOlar

Tarix: 4 Sentyabr 2024 07:50

Paris-2024 Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən Azərbaycan millisinin kişilərdən ibarət parataekvondoçuları Vətənə qayıdıb.

Milli.Az idman.biz-ə istinadən xəbər verir ki, idmançılar, o cümlədən, iki Paralimpiya mükafatçısı Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Paralimpiya Komitəsi rəhbərliyi, eləcə də nümayəndə heyətinin digər üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti, ailə üzvləri və yaxınları tərəfindən alqışlarla qarşılanıb.

Millimiz Fransa paytaxtında 1 qızıl və 1 bürünc medala sahib olub. Buna görədə millimiz yekun sıralamada medal sayına görə ikinci pilləni tutub.

Paris-2024 də İmaməddin Xəlilov (K44, 70 kq) qızıl, Sabir Zeynalov (K44, 58 kq) bürünc medal qazanıbsa, Əbülfəz Abuzərli (K44, 80 kq) 1/4 finala kimi irəliləyib.

Qeyd edək ki, parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunurdu.

Milli.Az


Etiketlər:  Azərbaycan paralimpiyaçıları Vətənə qayıdıb FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ