Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2024 00:08
Ukrayna Prezidenti Vladimir Zelenski Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə Dmitri Kulebanın yerinə onun birinci müavini Andrey Sibiqanın təyin edilməsini təklif edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ali Radada "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamia bildirib.
O, Zelenskinin fraksiya iclasına gəldiyini təsdiqləyib.
"Prezident Vladimir Zelenski bizə qoşuldu, buna görə ona minnətdarıq", - deyə Araxamiya öz Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Zelenski Kulebanın yerinə əvvəllər prezident aparatında çalışmış Sibiqanın təyin edilməsini təklif edib.
Qeyd edək ki, D.Kuleba XİN rəhbəri vəzifəsindən istefa verib.