Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2024 08:24
Rusiya ballistik raketlərlə zərbələri artıracaq ki, bu raketləri vurmaq Ukrayna üçün çətindir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti Andrey Kramarov deyib.
Onun sözlərinə görə, ruslar məhv etmək üçün "Xəncər", "İskəndər-M" kimi səsdən sürətli ballistik və ya aeroballistik raketlərdən istifadə etməyə çalışır.
O qeyd edib ki, hazırda Ukraynanın "Patriot" və SAMP/T sistemlərinin sayı ilə bağlı problemi var. Rusların istifadə etdiyi bütün bölgələr və trayektoriyaların hamısı bloklana bilmir:
"Bu, ilk növbədə, "Xəncər" və "İskəndər-M" ballistik raketlərinin istifadəsi ilə bağlıdır, təəssüf ki, onlar bizə böyük ziyan vurur. Düşmənin potensialı hələ də qalır. Və partnyorlarımızın bizə mayın sonunda, yayın əvvəlində vəd etdiyi əlavə "Patriot" sistemlərinin göndərilməsində müəyyən gecikmələr var. Baxmayaraq ki, indi onlara həqiqətən ehtiyacımız var".