Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öldüyü zənn edilən azyaşlı kəfənində hərəkət etdi

Öldüyü zənn edilən azyaşlı kəfənində hərəkət etdi

Tarix: 6 Sentyabr 2024 16:36

Qəzzada iki dəfə ardıcıl bomba hədəfi olan və aparıldığı xəstəxanada həyatını itirdiyi deyilən 13 yaşlı Məhəmmədin cənazə zamanı sağ olduğu məlum olub.

Milli.Az bildirir ki, Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Belə ki, azyaşlı cənazə namazı qılınarkən kəfəndə hərəkət etməyə başlayıb.

Xəstəxanada olarkən öldüyü deyilən fələstinli azyaşlı bildirib ki, o, həmin vaxt ətrafdakıların səsini eşdirdi, lakin hərəkət edə bilmirdi. Daha sonra, cənazə namazı qılınarkən özündə güc tapıb və sağ olduğunu bildirmək üçün hərəkət etməyə başlayıb.

Qeyd edək ki, o, müharibə zamanı aldığı xəsarət səbəbindən bir ayağını itirib və hazırda ailəsinin yanındadır. 

Milli.Az


Etiketlər:  Öldüyü zənn edilən azyaşlı kəfənində hərəkət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ