Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya bu ölkədən ballistik raketlər alacaq

Rusiya bu ölkədən ballistik raketlər alacaq

Tarix: 6 Sentyabr 2024 19:27

Rusiya ötən ilin dekabrında bağlanmış müqavilə çərçivəsində yaxın vaxtlarda İrandan iki növ ballistik raket partiyası ala bilər.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "RBC-Ukraine" "Sky News" telekanalına istinadən məlumat yayıb.

"Hər iki tərəf silah üçün mübarizə aparır, Rusiya daxili istehsalını artırsa da, İran və Şimali Koreyadan silah tədarükünə ehtiyacı var", - hərbi analitik Şon Bell bildirib.

Onun sözlərinə görə, İranın Rusiyaya ballistik raketlər verməsi qaçılmaz görünür. Bunlar iki növ qısamənzilli ballistik raketlər olacaq.

Analitik qeyd edib ki, son həftələrdə Rusiya hərbçiləri İranda təlim keçib. Bu təlimin təfərrüatları məlum olmasa da, silahların tezliklə tədarük ediləcəyindən xəbər verir.


Etiketlər:  Rusiya ölkədən ballistik raketlər alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ