Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təyyarə qəzası - 4 nəfər öldü

Təyyarə qəzası - 4 nəfər öldü

Tarix: 7 Sentyabr 2024 09:50

ABŞ-ın İndiana ştatının Anderson şəhəri yaxınlığında tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Newsweek" portalı yerli şerif departamentinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təyyarə cümə günü təxminən saat 06:45-də (Bakı vaxtı ilə 15:45) Fort-Dodc (Ayova ştatı) hava limanından havaya qalxıb və saat 10:00 (Bakı vaxtı ilə 19:00) radələrində Anderson hava limanına enməli idi.

Vurğulanıb ki, təyyarə qarğıdalı sahəsinə düşüb. Daha sonra ABŞ Federal Aviasiya Administrasiyası təyyarədə 4 nəfərin olduğunu və heç kimin sağ qalmadığını təsdiqləyib.


Etiketlər:  Təyyarə qəzası nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ