Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2024 10:16
Gürcüstanın cənubunda 4,1 maqnitudalı zəlzələ baş verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Seysmik Monitorinq Mərkəzi yayıb.
Yeraltı təkanlar Dmanisi şəhərində qeydə alınıb.
Zəlzələnin episentri paytaxt Tbilisidən 49 kilometr məsafədə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.