Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Amfibiya'' İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olundu - VİDEO

''Amfibiya'' İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olundu - VİDEO

Tarix: 7 Sentyabr 2024 10:40

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir.

Bu barədə Sonxeber.net-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Türkiyəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Əməliyyat çərçivəsində təyyarə İzmir-Berqama istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.


Etiketlər:  Amfibiya İzmir Berqama istiqamətində meşə yanğınlarına cəlb olundu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ