Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2024 15:48
Cüdo üzrə Zaqrebdə Qran-prisi davam edir.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, turnirin ikinci günündə Azərbaycanın dörd idmançısı tatamiyə çıxıb.
Kişilərin mübarizəsində 3, qadınlarda isə 1 cüdoçumuz medallar uğrunda yarışır.
Cüdo: Zaqreb Qran-prisi
Kişilər
73 kq
1/16 final mərhələsindən güləşməyə başlayacaq Nəriman Mirzəyevin ilk rəqibi Yehonatan Elbaza (İsrail) uduzub.
Eyni mərhələdən güləşməyə başlayan İbrahim Əliyev isə Bruno Bermeonu (Ekvador) məğlub edib. Əliyev 1/8 finalda Orlando Kazorladan (Fransa) üstün olub. İbrahim 1/4 finalda Robert Klaçarla (Xorvatiya) qarşılaşacaq.
81 kq
Zaməddin Poladov ilk mərhələdə Mixailo Svidrakla (Ukrayna) bacarmayıb.
Qadınlar
63 kq
Aytac Qardaşxanlının ilk mərhələdə Skay Knesteri (CAR) məğlub edib. O, 1/8 finalda Manon Deketertə (Fransa) uduzub.
Qeyd edək ki, Qran-prinin ilk günündə komandamızın üç medal qazanıb. Əhməd Yusifov (60 kq) gümüş, Turan Bayramov (60 kq) və Ruslan Poladov (66 kq) isə bürünc medal əldə edib.
Milli.Az