Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin ən varlı 4 xanımı - Kimlərdir? - FOTO

Türkiyənin ən varlı 4 xanımı - Kimlərdir? - FOTO

Tarix: 15 Sentyabr 2024 07:08

Forbes jurnalı hər il mütəmadi olaraq dünyanın ən zəngin adamları siyahısını açıqlayır.

Sonxeber.net olke.az-a istinadən bildirir ki, "Forbes" 2024-cü il üçün dünyanın ən zəngin insanları siyahısını dünya ictimaiyyətinə təqdim edib. Həmin siyahıda qardaş Türkiyədən olan zənginlər yer alıb.
İş orasındadır ki, dünyanın ən zənginləri arasında 27 türkiyəli milyarderlər yer alıb və onlardan 4-ü qadındır.

Türkiyənin ən varlı xanımı İpek Kıraçdır.

1984-cü il təvəllüdlü İpek Kıraçın sərvəti 3,1 milyard dollar miqdarında dəyərləndirilir. Bununla da Kıraç Türkiyədə ən varlı zəngin xanımlar siyahısına liderlik edir. O Türkiyədə ən zənginlər siyahsında 3-cü, dünyada isə 1062-ci yerdə qərarlaşıb. Qeyd edək ki, Kiraç məşhur Koç ailəsinin üzvüdür.

İkinci yerdə isə 1928-ci ilə təvəlldülü. Koç ailəsinin digər üzvü Semahat Sevim Arsel qərarlaşıb.
Onun sərvəti 3 milyard dollar dyərləndirilir. Türkiyə 4-cü ən zəngin xanım olmaqla yanaşı, dünyada ən zəngin insan kimi 1104-cü şəxsdir.

Üçüncü yerdə isə "Doğuş" Holdinqin qurucusu iş adamı Ayhan Şahenkin 1967-ci ilə təvəllüdlü qızı Filiz Şahenk 2,2 milyard dollarlıq sərvəti ilə qərarlaşıb.
O sərvətinə görə, Türkiyənin 11-ci, dünyada isə 1496-cı yerdə qərarlaşıb.

Dördüncü yerdə isə "Doğuş" Holdinqin yaradıcıcı Ayhan Şahenkin həyat yoldaşı 1946-cı ilə təvəllüdlü Deniz Şahenk 1,2 milyard dollar sərvəti ilə qərarlaşıb.
O Türkiyənin 25-ci, dünyanın 2410-cu ən zəngini kimi tanınır.


Etiketlər:  Türkiyənin varlı xanımı Kimlərdir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ