Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2024 19:04
Husilər artıq bilməlidirlər ki, İsrail dövlətinə hər hansı bir hücumun əvəzini ağır ödəməli olacaqlar.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
"Bizi məhv etməyə çalışan İranın şər oxuna qarşı bir çox cəbhələrdə kampaniya aparırıq. Bu səhər husilər Yəməndən ərazimizə yer-yer raketi atıblar. Onlar artıq bilməlidirlər ki, bizə zərər vurmaq cəhdinə görə yüksək əvəz tələb edirik. Bu mövzuda xatırlatmalara ehtiyacı olanlar Hudeyda limanını ziyarət etməyə dəvət olunur", - Netanyahu bildirib.
Qeyd edək ki, husilər İsrailin Təl-Əviv şəhərini ballistik raketlə atəşə tutduqlarını açıqlamışdı.