Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TDT-yə üzv dövlətlərin nazirləri Bişkekdə toplanır

TDT-yə üzv dövlətlərin nazirləri Bişkekdə toplanır

Tarix: 15 Sentyabr 2024 19:48

Azərbaycanın energetika naziri Pərviz Şahbazov sentyabrın 16-da Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclasında iştirak edəcək.

Energetika Nazirliyindən Sonxeber.net-a bildiriblər ki, İclasda TDT-yə üzv və müşahidəçi ölkələr arasında energetika sahəsində qarşılıqlı fəaliyyət, "TDT-nin Enerji Əməkdaşlığı üzrə Proqramı (2023-2027)" sənədi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Səfər çərçivəsində nazirin ikitərəfli görüşləri də nəzərdə tutulur.


Etiketlər:  üzv dövlətlərin nazirləri Bişkekdə toplanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ