Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan cüdoçularının Abu-Dabi sınağı

Azərbaycan cüdoçularının Abu-Dabi sınağı

Tarix: 16 Sentyabr 2024 16:24

Cüdo üzrə Dünya Turu Abu-Dabidə davam edəcək.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, Zaqrebdəki Qran-Pridən sonra növbəti böyük reytinq turniri BƏƏ-də keçiriləcək.

Oktyabrın 11-13-də baş tutacaq "Böyük dəbilqə" turnirində 17 komanda iştirak etmək üçün qeydiyyatdan keçib.

Azərbaycan Cüdo Federasiyasının da yarışda iştirak üçün müraciət edəcəyi gözlənilir.

Bu il Abu-Dabi dünya çempionatına ev sahibliyi edib və Azərbaycan yığması Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) sayəsində iki qızıl medal qazanaraq tarixi nəticəyə imza atıb.

Təqvimdə növbəti yarış dekabrın 3-7-də Tokioda keçiriləcək "Böyük dəbilqə"dir. Təl-Əvivdə də eyni turnir təşkil olunacaq, lakin onun tarixləri hələ müəyyənləşməyib.


Etiketlər:  Azərbaycan cüdoçularının Dabi sınağı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ