Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Trampa qarşı sui-qəsddə Kiyevin əli olsa...''

''Trampa qarşı sui-qəsddə Kiyevin əli olsa...''

Tarix: 16 Sentyabr 2024 20:40

Kiyevin Donald Trampa qarşı sui-qəsd cəhdində əli ola bilər. Bunun mümkünlüyünü Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də istisna etməyib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, "X" sosial şəbəkəsində siyasətçi ətrafında baş verən son hadisələrə münasibət bildirib.

Medvedev deyib ki, sui-qəsd cəhdini həyata keçirən şəxs Ukrayna hakimiyyətinin "işçisi" ola bilərdi. Təhlükəsizlik Şurası sədrinin müavini bu fərziyyənin doğru çıxacağı təqdirdə "Görəsən, nə olardı?" - deyə sual verib.

Qeyd edək ki, sentyabrın 15-i axşam saatlarında Trampın qərargahı siyasətçinin həyatına yeni qəsd elan edib. Milliyyətçi "Azov dəstəsi"nə dəstək videoçarxında rol alan ABŞ vətəndaşı Rayon Uesli Rout şübhəli şəxs qismində saxlanılıb.

Bundan əvvəl Tramp sui-qəsd cəhdindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarının işini yüksək qiymətləndirib. O, ABŞ Məxfi Xidmətinə və polisinə göstərdikləri müdafiəyə görə təşəkkür edib.

Milli.Az


Etiketlər:  Trampa qarşı qəsddə Kiyevin əli olsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ