Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2024 00:46
"Real"ın yarımmüdafiəçisi Brahim Diaz zədələnib.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu İspaniya La Liqasının 5-ci turunun "Real Sosyedad"la səfər matçında ( 2:0) sıradan çıxıb. O, bud əzələsindən zədə alıb.
Həkimlər Diazın sağalmasının təxminən 3 ay çəkəcəyini proqnozlaşdırırlar. Lakin onun yaşıl meydanlara 2025-ci ildə qayıtması ehtimalı da var.
Qeyd edək ki, bu mövsüm Diaz "Real"ın heyətində bütün turnirlərdə 6 oyun keçirib, 1 qol vurub və 1 qolun ötürməsini verib.