Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızıl medal qazanan millimiz Vətənə dönüb

Qızıl medal qazanan millimiz Vətənə dönüb

Tarix: 17 Sentyabr 2024 08:04

Portuqaliyanın Gimaraeş şəhərində akrobatika üzrə yaş qruplarında ümumdünya yarışlarında qızıl medal qazanan millimiz Vətənə dönüb.

Sonxeber.net İdman.biz-ə istinadən xəbər verir ki, idmançılar Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının üzvləri, idman ictimaiyyəti, ailə üzvləri və yaxınları tərəfindən alqışlarla qarşılanıblar.

13-19 yaşlı idmançılar arasında keçirilən yarışda Nəzrin Zeyniyeva, Zöhrə Rəşidova və Anahitə Bəşirlidən ibarət Azərbaycan qadın qrupu finalda uğurlu çıxış edib.

Gimnastlarımız ən yaxın izləyiciləri - İsrail və Portuqaliyadan olan rəqiblərini qabaqlayıblar.


Etiketlər:  Qızıl medal qazanan millimiz Vətənə dönüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ