Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynadakı savaş 2022-də başlamayıb - Rus səfir

Ukraynadakı savaş 2022-də başlamayıb - Rus səfir

Tarix: 17 Sentyabr 2024 16:48

Böyük Britaniya siyasətçilərinin əksəriyyəti səhvən Ukraynadakı münaqişənin 2022-ci ilin fevralında başladığını düşünür və hazırkı vəziyyətə gətirib çıxaran əvvəlki hadisələri xatırlamaq istəmir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin deyib.

"Hətta Londonda da əksər siyasətçilər bu müharibəni 2022-ci ilin fevralından hesablayırlar. Bu düzgün deyil. Daha əvvəl, 2000-ci illərin əvvəllərində baş verənləri heç kim xatırlamaq istəmir. Buna görə də Moskva Britaniya siyasətçilərini əvvəlki hadisələrin müzakirəsinə cəlb etməyə çalışır. Viktor Yuşşenkonun (2005-2010-cu illərdə Ukrayna prezidenti - red.) gəlişindən başlayaraq, Ukraynada hakimiyyətin dəyişməsi indiki vəziyyətin necə yarandığını anlamağa imkan verir. Tarixi dərk etmədən düzgün nəticələrə gəlmək mümkün olmayacaq. Bu isə bizi əsl fəlakətə aparacaq", - o bildirib.


Etiketlər:  Ukraynadakı savaş 2022 başlamayıb səfir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ