Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2024 08:50
UEFA Çempionlar Liqasında ilk liqa mərhələsinin oyunları keçirilib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, I turun ilk oyun gününə 6 qarşılaşma ilə yekun vurulub.
"Liverpul" (İngiltərə) səfərdə "Milan"a, (İtaliya) "Bavariya" (Almaniya) doğma meydanda "Dinamo"ya (Zaqreb, Xorvatiya) qalib gəlib.
Son çempion "Real Madrid" (İspaniya) "Ştuttqart" (Almaniya), "Sportinq" (Portuqaliya) isə "Lill" (Fransa) üzərində inamlı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
17 sentyabr
"Yuventus" (İtaliya) - PSV (Niderland) 3:1
"Yanq Boys" (İsveçrə) - "Aston Villa" (İngiltərə) 0:3
"Bavariya" (Almaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) 9:2
"Milan" (İtaliya) - "Liverpul" (İngiltərə) 1:3
"Real" (Madrid, İspaniya) - "Ştutqart" (Almaniya) 3:1
"Sportinq" (Portuqaliya) - "Lill" (Fransa) 2:0
Qeyd edək ki, ilk turun digər görüşləri sentyabrın 18-19-da keçiriləcək.