Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2024 07:02
Livanda partladılmış peycerlərin istehsalında Macarıstanın rolu üzə çıxıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, CNA Mərkəzi Xəbər Agentliyi partlayan peycerlərin Macarıstan şirkəti tərəfindən istehsal edildiyini yazıb.
Agentlik Tayvanın peycer şirkəti "Gold Apollo"ya istinad edib. Şirkətin məsələ ilə bağlı yaydığı bəyanata görə, Livanda partlayan rabitə cihazları Macarıstanın "BAC Consulting KFT" şirkəti tərəfindən dizayn olunub və istehsal edilib.
"Gold Apollo" bu məhsulun yalnız Macarıstanda ünvanı olan şirkətlər tərəfindən istehsalına və satışına icazə verildiyini bildirib.
"Gold Apollo" Budapeştdə qeydiyyatdan keçmiş "BAC Consulting KFT" şirkəti ilə öz məhsullarının istehsalına dair müqavilə bağlayıb. Açıqlamada deyilir ki, AR-924 peycerləri Macarıstanın BAC şirkəti tərəfindən istehsal edilib və satılıb. "Gold Apollo" öz brendindən istifadə etməyə icazə verib, lakin məhsulların inkişafı və istehsalına görə məsuliyyət daşımır.