Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2024 07:28
Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Vanç rayonunda 5 maqnitudada zəlzələ qeydə alınıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 00:51-də (Bakı vaxtı ilə saat 23:51) baş verib. Zəlzələnin episentri 33 kilometr dərinlikdə olub. Mərkəzi Asiya ölkələrində zəlzələləri izləyən Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin Seysmoproqnostik Monitorinq Mərkəzi də eyni zamanda ölkədə 4,9 maqnitudada zəlzələ qeydə alıb. Məlumata görə, zəlzələnin episentri cənubda - Dağ-Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzinin - Horoqa şəhərinin yaxınlığında yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.